HTML hit counter - Quick-counter.net
Son Dakika
20 Ekim 2018 Cumartesi

SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstana səfəri çərçivəsində sentyabrın 28-də Kulevi terminalında iki əlavə rezervuar parkının təntənəli açılış mərasimində iştirak etmişdir.

29 sentyabr 2016 cümə axşamı, 14:17


erdogan sahin sport

SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstana səfəri çərçivəsində sentyabrın 28-də Kulevi terminalında iki əlavə rezervuar parkının təntənəli açılış mərasimində iştirak etmişdir.
Gürcüstanın iqtisadiyyat naziri Dimitri Kumsişvili, energetika naziri İliya Eloşvili və digər rəsmi şəxslər də mərasimdə iştirak etmişlər. Bildirilmişdir ki, terminalda əlavə parkların tikintisinə 2015-ci ildə başlanılmışdır. 5 saylı rezervuar parkı ümumi həcmi 60 000 kubmetr olan 6 rezervuardan ibarətdir. Qazoyl, nafta, karbohidrogen qaz kondensatı, dizel yanacağı və aviasiya benzini kimi müxtəlif məhsulların qəbulu, saxlanılması və yüklənməsi məqsədilə tikilmiş bu çənlər Xəzər dənizi bölgəsindən neft məhsullarının ixracı və idxalı üçün nəzərdə tutulmuşdur. Obyektdə neft və neft məhsullarının ehtimal olunan yük dövriyyəsi il ərzində 1 500 000 metrik tondur. 6 saylı park isə ümumi həcmi 12 000 kubmetr olan 5 rezervuradan ibarətdir: 2 rezervuraın hər birinin həcmi 3 000 kubmter, 3 rezervuarın hər birinin həcmi isə 2 000 kubmetrdir. Rezervuar parkı maye piroliz qətranı, izopropil spirti və sənaye yağının saxlanılması üçün layihələndirilmişdir. Qeyd olunmuşdur ki, “Qara Dəniz Terminalı” MMC-nin İnteqrasiya Olunmuş İdarəetmə Sistemi altı aylıq fəaliyyətindən sonra, 2008-ci ildə “Moody İnternational” təşkilatından üç standartın-İSO9001, İSO14001 və OHSAS18001 standartlarının hər biri üzrə sertifikat almışdır.
Rövnəq Abdullayev daha sonra Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, energetika naziri İliya Eloşvili və Acarıstan Muxtar Respublikası hökimətinin sədri Zurab Pataradze ilə birlikdə Gürcüstanda 1 000 000-cu təbii qaz istifadəçisinin şəbəkəyə qoşulması münasibətilə keçirilən mərasimdə iştirak etmişdir. Bu istifadəçi Acarıstan bölgəsinin Xutsubani kəndinin sakini Mamuka Maxaradze olmuşdur. “SOCAR Georgia gas” şirkəti bu münasibətlə onu təbrik etmişdir. Hazırda “SOCAR Georgia Gas” şirkətinin Acarıstanda 66 821 aktiv və potensial müştərisi var, orta və alçaq təzyiqli qaz kəmərlərinin ümumi uzunluğu isə 972,6 kilometrdir. 2017-ci ilin sonuna kimi 360 kilometrlik boru kəmərinin çəkilişi və daha 8 935 abonentin qazlaşdırılması nəzərdə tutulur.
gas-industry-in-georgia-enrolls-millionth-customersocar-prezidenti-rovn%c9%99q-abdullayev-gurcustana-s%c9%99f%c9%99ri-c%c9%99rciv%c9%99sind%c9%99%e1%83%a1%e1%83%90%e1%83%a5%e1%83%90%e1%83%a0%e1%83%97%e1%83%95%e1%83%94%e1%83%9a%e1%83%9d%e1%83%a8%e1%83%98-%e1%83%a1%e1%83%9d%e1%83%99%e1%83%90%e1%83%a0%e1%83%98%e1%83%a1-%e1%83%9b%e1%83%94

Yorum yazın...

Your email address will not be published. Required fields are marked *

Currency by Boom.ge